17-ci mərtəbədən başına kondisioner düşən şəxs öldü

17-ci mərtəbədən başına kondisioner düşən şəxs öldü
DÜNYA
16:01 21.07.2023
294
Tayvanda universitet tələbəsi başına 17-ci mərtəbədən kondisioner düşməsi nəticəsində vəfat edib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Tayvanın paytaxtı Taypeydə səkidə gedən 21 yaşlı universitet tələbəsinin başına 30 kq olan kondisioner düşüb. İnsanlar yerə yıxılan qıza kömək edərkən hadisə yerinə təcili yardım çağırılıb. Ancaq Huanq adlı tələbə hadisə yerindəcə dünyasını dəyişib.

Bildirilib ki, kondisioneri quraşdıran  fəhlə saxlanılıb və barəsində "adam öldürmə” maddəsi ilə istintaq başlayıb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR