17 yaşlı Ləmanın ölümünə səbəb olan sürücü həbs edildi - FOTO

17 yaşlı Ləmanın ölümünə səbəb olan sürücü həbs edildi - FOTO
SOSİAL
17:15 01.02.2023
1343
Ötən il sentyabrın 3-də Neftçalada taksi kimi idarə etdiyi "Vaz 2106” markalı avtomobillə ağır qəza törədən rayonun Xıllı qəsəbə sakini, 1959-cu il təvəllüdlü İbrahim İbrahimova hökm oxunub.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, İ.İbrahimov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. Neftçala Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə həbs cəzası verilib. İstintaq müddətində polisin nəzarəti altında olan İ.İbrahimov hökm elan ediləndən sonra məhkəmə zalındaca həbs edilib.

Hadisəyə gəlincə, araşdırmalar zamanı məlum olub ki, İ.İbrahimov hadisə baş verən gün həmkəndliləri olan ailə üzvlərini Neftçaladan Salyan Rayon Mərkəzi Xəstəxanasına aparıb. Xəstəxanadan geri qayıdarkən o, avtomobillə idarəetməni itirib və "Vaz 2106” markalı maşını yol kənarındakı "Kia Sorento”ya, daha sonra mağazaya çırpılıb. Nəticədə arxa oturacaqdakı sərnişinlərdən 17 yaşlı Ləman Məmmədova aldığı xəsarətlərdən vəfat edib. Onun bacısı və xalası isə nisbətən yüngül xəsarət alıb.

Həmçinin o da məlum olub ki, İbrahim İbrahimov epilepsiyadan əziyyət çəkir və vaxtaşırı qıcolmaları olur. Onun daha əvvəl də bir neçə dəfə qəza törətdiyi bildirilib. Məhkəmədə İ.İbrahimov hadisə vaxtı onda qıcolma baş verdiyini etiraf edib. Mərhum L.Məmmədovun valideynləri qıcolması olan şəxsin taksi fəaliyyəti göstərməsinin qəbulolunmaz olduğunu bildiriblər və ona ağır cəza verilməsini xahiş ediblər.

Qeyd edək ki, hadisədə vəfat edən L.Məmmədovu orta məktəbi yenicə bitiribmiş.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda oğul atasını bıçaqladı
11:15 31.07.2026
Azərbaycanda oğul atasını bıçaqladı
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
11:06 31.07.2026
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
10:56 31.07.2026
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq