17 yaşlı qız Bakıda gecə klubunda döyülüb xəstəxanalıq oldu

17 yaşlı qız Bakıda gecə klubunda döyülüb xəstəxanalıq oldu
SOSİAL
10:18 11.06.2019
5882
Paytaxtın Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə "BOSS" gecə klubunda qeydə alınıb.

Amerika vətəndaşı, 2002-ci il təvəllüdlü Vitalıyevna Laila İfrahim qızı Bülbül prospektində yerləşən gecə klubunda əylənib. 

O, klubun digər müştərisi ilə mübahisə edib. Nəticədə isə döyülərək ağır xəsarət alıb. L.Vitalıyevna özəl xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
OXŞAR XƏBƏRLƏR