17 yaşlı qız zorlayan cəmi 4 il yarım cəza çəkdi

17 yaşlı qız zorlayan cəmi 4 il yarım cəza çəkdi
SOSİAL
14:51 30.12.2016
2724

 

Türkiyədə 17 yaşlı qızı zorlayıb hamilə qoyan A.K. azadlığa buraxılıb.

O, ömrünün 4 il yarımını həbsxanada keçirib.

Diyarbakırın Bağlar mahalında yaşayan 17 yaşlı Ş.Y. -nin hamilə olduğu xəstəxanada məlum olub. Qızının uzun müddət adət görmədiyini öyrənən valideyni ondan şübhələnib. Anası qızı xəstəxanaya aparıb. Məlum olub ki, qız 3 aylıq hamilədir.

Qız anasına 30 yaşlı kişinin onu zorladığını söyləyib. Valideyn qızı ilə birlikdə polisə şikayət edib. A.K. adlı kişi saxlanılıb. O, deyilənləri təkzib edib.

Təcavüzkarın kimliyi araşdırılan müddət ərzində qız uşaq evlərinin birində doğum edib. Onun qızı dünyaya gəlib. Test aparılıb və qızı zorlayanın kimliyi dəqiqləşib.

A.Kş-nın 25 illik azadlıqdan məhrum edilməsi tələb olunub. Lakin, 4 il yarımdan sonra azadlığa buraxılıb.

 


OXŞAR XƏBƏRLƏR