170 min Ermənistan vətəndaşı Rusiyaya buraxılmayacaq

DÜNYA
10:20 10.04.2014
847
Moskvada Rusiya federal miqrasiya xidmətinin rəhbəri Konstantin Romodanovski ilə Ermənistan dövlət miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan arasında bağlanmış memorandum erməni əmək miqrantlarının ümidini puç edib.ANS PRESS-in məlumatına görə, bağlanmış sənəddə erməni əmək miqrantları üçün heç bir güzəşt nəzərdə tutulmur. Yəni əmək lisenziyası olmayan ermənilər də başqa MDB vətəndaşları kimi Rusiyaya yalnız 3 ay müddətinə gedə biləcəklər. Halbuki, Qırğızıstan və Tacikistan vətəndaşları 3 il müddətinə Rusiyada qalaraq fasiləsiz işləyə bilərlər. Ermənistan mətbuatı belə bir icazənin ölkənin Gömrük İttifaqına girməsindən sonra verilə biləcəyini vurğulayır.
OXŞAR XƏBƏRLƏR