«Playboy» üçün çılpaq şəkillər çəkdirmiş ilk müsəlman aktrisa, 25 yaşlı Şahin radikal islamçılar tərəfindən ölümlə hədələnir.
Radikallara məxsus bir sıra forumlarda Almaniya türkü olan Şahinin necə öldürülməli olduğuna dair müzakirələr aparılır. Onlar aktrisanı «müsəlmanları biabır etməkdə» təqsirləndirir.
Qeyd edək ki, türk aktrisa «Playboy»a çəkilmiş ilk müsəlman xanım olması ilə fəxr etdiyini açıqlayıb. Almaniyanın müsəlman icması isə onun bu əməlindən hiddətlənib və hər kəsi aktrisanı boykot etməyə çağırıb.
Şahinin bu addımı onun valideynlərini də «şoka salıb». Məlumata görə, valideynləri qızlarından imtina ediblər.
/// milli.az