“Xalq artistləri, niyə dillənmirsiniz?” - Video

“Xalq artistləri, niyə dillənmirsiniz?” - Video
ŞOU-BİZNES
17:58 22.02.2026
1572

Müğənni Səidə Sultan Azərbaycan mədəniyyətinin hazırkı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

AZXEBER.COM xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşdığı videoda efirlərdə musiqi mədəniyyətinin pozulmasından şikayətlənən sənətçiləri susqunluqda ittiham edib:
"Heç vaxt belə mövzulardan danışmamışam. Azərbaycan milləti məni illərdir kifayət qədər tanıyır və az da olsa xasiyyətimə bələddir. Bəli, mən emosionalam və bu hisslərim heç vaxt haqsız yerə olmayıb. Nəyisə müdafiə etmək üçün həmişə üzə çıxıb. Bundan da heç vaxt sui-istifadə etməmişəm.
Sözüm bütün günü efirlərdə musiqi mədəniyyətinin pozulmasından gileylənən musiqiçilərədir. Niyə ağzınıza su alıb oturmusunuz? Niyə susmusunuz? Xalq artisti adını yalandan alıb xalqın hesabına dolanırsınız, fəxri addan istifadə edirsiniz. Amma əmələ çatanda, lazım olanda xalqın yanında niyə dura bilmirsiniz? Mən şəxsən, Səidə olaraq, bundan sonra ad versələr belə, istəmirəm. Əməlimlə xalqın yanında durmaq istəyirəm, kasıbı, düzü və əyrisi ilə də...
Niyə bu gün dillənmirsiniz ki, Azərbaycan mədəniyyəti günü-gündən pis vəziyyətə düşür? Niyə bu gün Azərbaycan kanallarında corabdan danışılmalıdır? Niyə bəzi qızlardan danışılıb, onlar şan-şöhrət simvolu kimi gələcək nəsillərə "yaxşı əməl” nümunəsi kimi təqdim olunmalıdır? Və onlardan pul alıb tərifləyən aparıcılar... Niyə çıxıb danışmırsınız? Niyə Azərbaycan musiqisini müdafiə etmirsiniz?
Bu gün bizə fürsət verilib, istifadə edin, öz sözünüzü deməyi bacarın. Yaltaqlıq etməyin, yaltaq yaşamayın, ac yaşayın, mərd olun. Mərd yaşayın, kişi kimi yaşayın. Bir toyun xətrinə bu qədər insanı qurban verməyin. Çıxın, sözünüzü deyin. Televiziyalardan tələb edin. Sonra da deyirlər ki, "Televiziyanın prezidenti dedi ki, çıx otel söhbəti elə”. Televiziyalar, siz niyə işləmirsiniz? Ancaq divan və müğənni, başqa mövzumuz yoxdur? Niyə layihələr, fərqli proqramlar düşünmürsünüz?
Barmaq silkələyənlər var, sizə o ixtiyar verilməyib ki, kiməsə nəsil-nəcabəti ilə bağlı hədə-qorxu gələsiniz! Sizə olan artıq olub. Allaha and olsun, Azərbaycan xalqı ilə birləşib sizin üstünüzdən tank kimi keçərəm. Yerinizi bilin! Kənarda nə edirsiniz, öz işinizdir, şəxsi həyatınızdır. Amma heç birinizin bu xalqa ağıl, məsləhət verməyə ixtiyarı yoxdur. Başa düşdünüz?! Üstünüzdən keçərik! Bu milləti görəndə başınızı aşağı salın və işinizi görün".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hərbçilərin həyat yoldaşlarına 400 manat müavinət veriləcək
14:52 17.11.2026
Hərbçilərin həyat yoldaşlarına 400 manat müavinət veriləcək
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
14:39 17.11.2026
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:29 17.11.2026
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
14:15 17.11.2026
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
14:11 17.11.2026
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
13:51 17.11.2026
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
Ukrayna NATO-ya üzv ola bilər? -  “Şansı minimum səviyyədədir”
13:45 17.11.2026
Ukrayna NATO-ya üzv ola bilər? - “Şansı minimum səviyyədədir”
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
13:42 17.11.2026
Krım körpüsünə yenidən hücum: Hərəkət dayandırıldı
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
13:28 17.11.2026
33 manatlıq parkinq müzakirə yaratdı – Tariflər necə müəyyənləşdirilməlidir? - VİDEO
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
13:20 17.11.2026
Almaniya XİN başçısı bu gün Azərbaycana gələcək
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
13:11 17.11.2026
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
13:08 17.11.2026
Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
13:04 17.11.2026
“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
12:53 17.11.2026
Ailə büdcəsini ən çox hansı xərclər tükədir? – VİDEOSORĞU
Sabah hava necə olacaq?
12:35 17.11.2026
Sabah hava necə olacaq?
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
12:14 17.11.2026
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir