Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi
ŞOU-BİZNES
15:28 01.08.2026
96
Məşhur Hollivud aktyoru Leonardo Di Kaprio Fransanın San-Trope kurortunda istirahət edir.  

AZXEBER.COM xəbər verir ki, bu barədə "Page Six” nəşri məlumat yayıb. 

Bildirilir ki, 51 yaşlı subay aktyor burada pərəstişkar xanımların əsas hədəfinə çevrilib. Pərəstişkarlar onunla görüş imkanı üçün müxtəlif variantlara əl atırlar. 

İnsayderlərin sözlərinə görə, gecə klublarından birində istirahət edən Di Kaprio uğrunda bir neçə xanım pərəstişkar arasında əsl "mübarizə” yaşanıb. Belə ki, onlardan ən azı ikisi klub personalı vasitəsilə aktyora telefon nömrələrini ötürməyə cəhd edib. Daha bir xanım isə aktyorla görüş imkanı qazanmaq ümidilə onun mühafizəçilərindən birinə 500 avro "rüşvət” təklif edib. Lakin bu cəhd də uğursuzluğa uğrayıb. 

Di Kaprionun isə yay tətilini tək deyil, 28 yaşlı sevgilisi, model Vittoriya Çeretti ilə birlikdə keçirdiyi bildirilir.
 
//qafqazinfo 
OXŞAR XƏBƏRLƏR