179 nəfərin öldüyü hava limanı fəaliyyətini bərpa etdi

DÜNYA
11:16 24.02.2025
255
Cənubi Koreyada "Jeju Air”təyyarəsinin eniş zamanı idarəetmədən çıxması və 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının baş verdiyi Muan Beynəlxalq Hava Limanında uçuşlar bərpa edilib. 

AZXEBER.COM "Yonhap”xəbər agentliyinə istinadən xəbər verir ki, aviasiya rəhbərliyi dünəndən etibarən Muan Beynəlxalq Hava Limanında uçuşların bərpasına icazə verib. 

Hava limanında kommersiya uçuşları təhlükəsizlik yoxlamaları və təkmilləşdirmələr üçün aprelin 18-dək təxirə salınıb.

Xatırladaq ki, 29 dekabrda Banqkok-Muan marşrutu ilə hərəkət edən "Jeju Air 7C2216" Boeing 737-800 model təyyarəsinin Cənubi Koreyanın Muan şəhərinə eniş zamanı eniş şassisi işə salınmayıb. 

6 ekipajı və 175 sərnişini olan təyyarə Muan Beynəlxalq Hava Limanının eniş zolağına endikdən sonra idarəetmədən çıxaraq divara çırpılıb və 179 nəfər həlak olub. 

Qəzadan yalnız 30 yaşlarında olan qadın ekipaj üzvü və 20 yaşında bir kişi ekipaj üzvü sağ çıxıb. 

Rəsmilər qəzanın təyyarənin şassisındakı nasazlığın səbəb olduğunu, təyyarənin eniş şassisi ilk uçuşda açılmadığını, ikinci uçuşda məcburi eniş zamanı qəzaya uğradığını bildirib. 

Cənubi Koreyada bu faciəvi hadisədən sonra 7 günlük matəm elan edilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR