Deputat Şailoobek Atazov Qırğızıstan parlamentinin iclasında əri və valideynləri olmayan 18-20 yaşlı qızların xaricə səyahətinə qanuni məhdudiyyət qoyulmasını təklif edib.
Deputat öz fikrini "kəskin miqrasiya problemləri" ilə əsaslandırıb.
"Miqrasiyaya cavabdeh olan dövlət qurumları parlamentin komitə iclasında lazımi məlumatları versinlər. Biz bu sahədə qanunlara baxmalıyıq", - deyə Atazov bildirib.
Xəbərdə oxşar təşəbbüslərin əvvəllər də Qırğızıstan parlamentində səsləndirildiyi bildirilir.
///moderator.az