18 ton yararsız qənnadı məmulatları məhv edildi

18 ton yararsız qənnadı məmulatları məhv edildi
SOSİAL
19:55 06.09.2022
226
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 18 ton yararsız qənnadı məmulatlarını məhv edib.

Bu barədə AZXEBER.COM-a AQTA-dan məlumat verilib.

"N.A.N.T” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 18440 kq qənnadı məmulatları "Təmiz Şəhər” ASC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir
OXŞAR XƏBƏRLƏR