18 yaşı olmayanlara energetik içkilər satılmasın! - Deputatdan təklif

18 yaşı olmayanlara energetik içkilər satılmasın! - Deputatdan təklif
SOSİAL
15:06 29.03.2019
4925
18 yaşına çatmayan uşaqlara energetik içkilərin satışının qadağan olunması təklif edilir.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva belə bir təkliflə çıxış edib. 

Deputat bildirib ki, energetik içkilər uşaqlarımıza, böyüyən nəslimizə, genefondumuza böyük zərər vurur: "Bu, sadəcə asılılıq yaratmaq deyil. Bunun çox ciddi zərərləri də var”. 
OXŞAR XƏBƏRLƏR