18 yaşlı tələbə Ceylen Smit Arkanzas ştatının Erl şəhərinin bələdiyyə sədri seçilib
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Arkanzas ştatının Erl şəhərində ikinci tura keçən bələdiyyə seçkilərinin nəticələri açıqlanıb. Universitet tələbəsi 18 yaşlı Ceylen Smit 235 səslə şəhərin yeni bələdiyyə sədri seçilib. O, ABŞ-ın ən gənc bələdiyyə sədri hesab olunub.
Smit seçildikdən sonra bu haqda ilk dəfə məlumat verib. O bildirib ki, insanlar onun bələdiyyə sədri seçilməsinə inana bilmirlər:
"İnsanlar mənə baxır, görürlər ki, mən orta məktəbi təzəcə bitirmişəm və çox gənc olduğum üçün təcrübəm olmadığını düşünürlər. Amma mən həmişə onlara deyirəm ki, həyat belə olmalıdır. İnsan uğur qazanması üçün bir yerdən başlamalıdır. Mənim də seçimim bura oldu”.
Ayşən