18 yaşlı oğlan 54 yaşlı qonşusunu qətlə yetirdi - Polisə könüllü təslim oldu

18 yaşlı oğlan 54 yaşlı qonşusunu qətlə yetirdi - Polisə könüllü təslim oldu
SOSİAL
17:36 16.08.2023
179
Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-cu il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.
Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR