18 yaşlı qız dərmandan zəhərləndi

18 yaşlı qız dərmandan zəhərləndi
SOSİAL
14:07 19.10.2018
3278
Tovuz rayonunda gənc qız dərmandan zəhərlənib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynova Gülnar Şahin qızı yüksək dozalı dərman qəbul edib.

Nəticədə G.Hüseynova zəhərlənmə ilə huşsuz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

G.Hüseynova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

OXŞAR XƏBƏRLƏR