18 yaşlı qız evinin qarşısında öldürüldü

18 yaşlı qız evinin qarşısında öldürüldü
MAQAZİN
10:43 29.05.2012
2926
Bakıda qətl törədilib. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Rayon sakini, 18 yaşlı Günel Nəsirova yaşadığı ünvanın qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerindəcə keçinib.Araşdırmalar nəticəsində qətlin Pərviz Paşapur tərəfindən törədildiyi müəyyənləşib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
OXŞAR XƏBƏRLƏR