18 yaşlı qız şoka saldı: 2-3 yaşlı uşaqlara təcavüz edib

18 yaşlı qız şoka saldı: 2-3 yaşlı uşaqlara təcavüz edib
DÜNYA
12:40 27.10.2018
7278
18 yaşlı Sofi Elms Britaniya mediasını şoka salıb. Bu qızı "ölkənin ən gənc pedofili" adlandırırlar. Səbəb isə Sofi Elmsin 2 və 3 yaşlı iki uşağa təcavüz etməsidir.

AZXEBER.COM Milli.Az-a istinadən bildirr ki, Uiltşir şəhərində yaşayan Sofi Elms 2016-cı ilin dekabrın 1-dən bu il martın 11-dək uşaqlara qarşı əxlaqsız hərəkətlər edib.

Bundan başqa, Elmsin yaşadığı evdə axtarış aparılarkən onun noutbukunda uşaqların çəkildiyi pornoqrafik fotolar tapılıb.

Sofi Elms yerli sosial təminat idarəsində dayə işləyirdi.

Suindon Kral Məhkəməsinin hakimi Robert Pousonun qərarı ilə, məhkəmə başa çatanadək Sofi Elms "təhlükəsizliyin təminatı məqsədilə" həbsxanada saxlanacaq.
OXŞAR XƏBƏRLƏR