18 yaşlı qızı öldürən infeksiya - Heyvandan keçən bakteriyanın əlamətləri

18 yaşlı qızı öldürən infeksiya - Heyvandan keçən bakteriyanın əlamətləri
TOP4
23:55 08.02.2019
17296
18 yaşlı tələbə qız Nərdanə Tağızadənin bu vaxta kimi adını eşitmədiyimiz Leptospiroz adlı infeksiyadan vəfat etməsi barədə məlumat yayılıb.  Belə ki, həkimlər qızın əvvəlcə " donuz qripi” virusuna tutulduğundan şübhələnsələr də, sonradan analizlərdə bu virusa yoluxma aşkarladıqlarını bildirdilər.

Lakin gün ərzində Səhiyyə Nazirliyinin verdiyi açıqlamasında xəstənin Leptospirozdan ölmədiyi barədə məlumat verildi.

Leptospiroz nədir, niyə bu xəstəlik insan ölümünə səbəb olur. 

AZXEBER.COM Medicina.az-a istinadən bu barədə araşdırmanı təqdim edir.

Leptospiroz – heyvanlara xas infeksion xəstəlikdir, lakin heyvandan insana da ötürülə bilir. Bakteriyanın adı Leptospirdir, 10 oyadıcı növü var. 
Bu bakteriya daha çox siçanlarda, itlərdə, xırdabuynuzlu heyvanlarda, iri buynuzlu  mal-qarada, qabanlarda olur. 

Yoluxma yolu:

Bakteriya xəstə heyvanın orqanizmindən sidiklə çıxır və açıq havada həftələrlə, aylarla yaşaya bilir. Suda, torpaqda məhv olmur. İnsanlar bu bakteriya ilə heyvanın sidiyi ilə təmasda olduqda və ya bakteriyanın olduğu su və ya mühitə əl-ayağını vurduqda, dəri və selikli qişa vasitəsilə yoluxur. Məsələn, insan xəstə heyvanın sidiyi olan axr olmayan suda çimərsə yoluxa bilər.

Leptospiroz – həm də peşə xəstəliyidir. Daha çox veterinarlarda, heyvanlarla işləyənlərdə, fermerlərdə, eləcə də su hövzələri, kanalizasiya sistemində çalışanlarda rast gəlinir. 

Son dövrlərdə isə durğun sular olan yerlərə insanların gəzintisi zamanı bu virusa yoluxma hallarının çox olması barədə qeydlər var. 
 
Xəstəliyin əlamətləri:

Leptospiroz – simptomsuz yüngül formadan tutmuş ən ağır formalarla belə özünü göstərə bilər.
Çox insanlar bu xəstəliyi yüngül keçirir.

Ağır forması yüksək hərarət, baş ağrısı, əzələ ağrısı. Qanaxma, qansızma, qarında ağrılar, ishal, qusma ilə gedir. Nadir halda öskürək olur, amma qanlı bəlğəm gəlir. Çünki bu bakteriya kiçik qan damarlarında qansızma yaradır.  Ən birinci əlaməti: xəstənin gözlərinin içinin qızarması. qan çəkməsidir. Xəstənin qol və ayaqlarında qırmızı ləkə kimi səpkilər əmələ gəlir. 

İlk başda qripə bənzəyir. Ona görə xəstə sadəcə qrip olduğunu düşünüb həkimə getmir. 

Çox az sayda insanda kəskin forma çox ağır, həyati təhlükəli ağırlaşmalar verir: meningit, tənəffüs çatışmazlığı, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı.
Əgər bu ağırlaşmalar baş  verərsə xəstə təcili reanimasion tədbirlərə götürülür. Çox nadir halda olsa da Leptospiroz-dan ölüm ola bilər.

Adətən xəstəlik özünü bakteriya yoluxmadan və kontaktdan 1-2 həftə sonra göstərir. Simptomlar isə 10 gündən çox davam edə bilər.

Diaqnoz: 

Bunun üçün xüsusi laborator qan, sidik analizləri aparılır. Xəstənin daxili orqanları yoxlanılır. Anamnez toplanılır.

Müalicəsi

Antibiotiklərlə təyin edilir. Eləcə də virus əleyhinə müalicə, ümumi immunitet möhkəmləndirici terapiya aparılır. Xəstələr adətən evdə müalicə alırlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb