18 yaşlı qızını zorlayan ataya 15 il iş verildi

DÜNYA
17:00 13.08.2012
5615
Daun sındromlu 18 yaşındakı gənc qızın hamilə olduğu ortaya çıxıb. Aparılan testlər nəticəsindən uşağın 99.99 faiz atasından olduğu məlum olub. Məhkəmə atanı təqsirli bilərək 15 il azadlıqdan məhrum edib. Ancaq Apellyasiya məhkəməsi isə 18 yaşlı qızın "bakirəliyi pozulmadığına" görə "yüngül cinsi istismar" deyərək cəzanın azaldılmasını istəyib. Teleqraf.com-un Türkiyənin "Axşam" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. 18 yaşlı doun sendromlu gənc qız tez-tez qarnının ağrıdığından şikayət edib. Ailəsi həkimə apardıqları gənc qızın müayinə zamanı hamilə olduğunu öyrənib. Həkimlər qızın bakirə, ancaq hamilə olduğunu bildiiriblər. Gənc qızın anası elə həmin andaca polisə müraciət edib. Daha sonra isə gənc qızın uşağı abort edilərək götürülüb. Həkimlərin döldə apardıqları testlər nəticəsində uşağın 99.99 qızın atasından olduğu ortaya çıxıb. Psixoloqların iştirakı ilə dindirilən gənc qız atasının gecə yanına gəldiyini, onu öpdüyünü, qarnını ağrıtdığını bildirib. Həbs edilən ata isə öz əməlini etiraf etməyib. Məhkəmə insanlıqdan uzaq hərəkət edən "ata"nı 15 il azadlıqdan məhrum edib. Ancaq daha sonra apellyasiya məhkəməsində baxılan işdə qərar dəyişib. Belə ki, Daun sindromlu 18 yaşlı qızın bakirəliyi pozulmadığına görə "yüngül cinsi istismar" kimi qiymətləndirilərək verilmiş cəzanın azaldılması qərarı qəbul edilib.Daun sındromlu gənc qız isə yaşadıqlarının fərqində deyil. Gənc qız atası ilə gedən qızları gördükdə ansından atasının nə vaxt gələcəyini soruşur.

OXŞAR XƏBƏRLƏR