ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya almaq əmrinin qüvvəyə minməsindən sonra bir neft tankeri həmin boğazdan keçib. Bununla da, gəmi ABŞ-yə meydan oxuyub.
CNN telekanalı bu barədə "Kpler'" analitik şirkətinə istinadən məlumat yayıb.
Hind okeanındakı Komor adalarında "Elpis" adı ilə qeydiyyatdan keçmiş gəmi İranın "kölgə donanması"nın tərkibində sözügedən ölkənin neftinin satışı, alışı və daşınmasında iştirak etdiyinə görə 2025-ci ildən ABŞ-nin sanksiyaları altındadır.
Xatırladaq ki, Tramp aprelin 12-də Hörmüz boğazının blokadaya alınması barədə əmr vermişdi.
/Oxu.az











































