19 kilo arıqladı və ... - FOTOLAR

DÜNYA
16:41 17.02.2015
1905
Toyunda gözəl görünmək üçün arıqlayan gənc qadının həyatı məhv olub.Kristina Mayls adlı Britaniya vətəndaşı toyunda gözəl görünmək üçün arıqlamaq qərarına gəlib. Nəticədə 23 yaşlı qadın pəhriz saxlayaraq 19 kiloqram artıq çəkini itirib və bədən ölçüləri 10 ölçü kiçilib.Lakin əsl problem bundan sonra başlayıb. Belə ki, qadın çox çəki itirdiyinə görə, bədəninin dərisi sallanıb. Bu səbəbdən gənc qadın yaşlı qadına bənzəyib.Səhiyyə də qadının dərdinə çarə olmayıb. Belə ki, yerli səhiyyə təşkilatı əməliyyat yolu ilə artıq dərini götürməyə razı olmayıb. Razı olsa belə, qadının özünün bu əməliyyata pulu olmadığı üçün o, çarəsiz qalıb."Tək istədiyim toy günümdə arıq və gözəl gəlin olmaq idi. Ancaq bu pəhriz mənim həyatımı və toyumu bərbad etdi", - deyən qadın tək çıxış yolunun yenidən kökəlmək olduğunu bildirib.Arıqlayandan sonra intim həyatı belə məhv olan Kristinanın ilk həyat yoldaşı onu tərk edib.Ayrılandan sonra yenidən nisbətən kökələn qadın təkrar ailə qurub. İndi cütlüyün 2 övladı var.
OXŞAR XƏBƏRLƏR