ABŞ-ın Florida ştatının sakini, 19 yaşlı Tempest Henderson artıq yarım ildir ki, gündə bir sabun yeyir.
O, hərdən yuyucu tozu da həzmi-rabedən keçirir.
Qızın dediyinə jörə, ilk dəfə yuyucu tozun dadına baxanda ləzzət alıb. "Çox qəşəng, bir qədər duzlu, həm də şirin dadı vardı. Sabun da xoşuma gəldi. Hamamda duşun altında duranda dərimə çəkdiym sabun köpüklərini yalayırdım", - Tempest deyib.
Bu xanım həkimlərə müraciət edəndə isə ona çox nadir psixi pozuntu olan PİCA (pozuntulu iştah) diaqnozu qoyulub.
Sözügedən pozuntuya məruz qalan insanlar xırda sikkələr, təbaşir, daş kömür, daş yeyirlər.
Həkimlər hesab edirlər ki, Hendersonda belə psixi pozuntunun yaranmasının səbəbi qızın məruz qaldığı stressdir. Onun istədiyi oğlan Tempestdən ayrılıb, qızın özü isə ailəsindən çox uzaqda, kollecdə təhsil alır.
PİCA üzrə dünyanın ən məşhur mütəxəsssilərindən biri olan doktor Barton Blinderin dediyinə görə, sabun yemək Hendersonun sağlamlığına çox pis təsir edə bilər.
Henderson indi müalicə olunur və sabun yeməyi tərgitməyə çalışır.
Onun ailəsində sabun və ya yuyucu tozdan istifadə etmir, bunun əvəzinə maye yuyucu vasitələrdən yararlanırlar. //milli.az
{jcomments off}