19 yaşında 1 milyon lirə qazanan Arda Ayten indi oxumaqla məşğuldur.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, illərdir ekranlarda maraqla izlənilən "Kim milyoner olmak ister” proqramının qonaqları hər zaman maraqlı yarışmaçılar olub. Yarışmada suallar və qonaqlar dəfələrlə gündəmdə olub. Bu yarışmaçılardan biri də 1 milyon TL mükafat qazanan Arda Ayten olub. Bəs o vaxt 19 yaşı olan Arda Ayten indi nə edir?
Kahramanmaraş Sütçü İmam Universitetində tibb təhsili alan Arda Ayten Kənan İmirzalıoğlunun təqdimatı ilə keçirilən "Kim milyoner olmaq ister”yarışmasında İstiqlal Marşı sualına düzgün cavab verdiyi üçün 1 milyon TL-nin sahibi olmuşdu.
Məlumata görə, Arda Ayten indi yalnız təhsili ilə maraqlanır.
Tibb fakültəsində oxuyan Ayten qazandığı pulla istədiyi qədər kitab ala bildiyini söyləyib.
"Ölənə kimi kitab oxuyacam” deyən Arda Ayten dediyinə hələ də əməl edir. O, evdə qurduğu kiçik kitabxanada çoxlu kitab oxuyur.
Ayşən