19 yaşlı qızı küçənin ortasında öldürdülər

19 yaşlı qızı küçənin ortasında öldürdülər
DÜNYA
16:35 05.05.2022
431
Türkiyədə 19 yaşlı Asiyanı küçənin ortasında qətlə yetirənin kimli müəyyənləşib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qətllə bağlı yeni təfərrüatlar üzə çıxıb.
 
Belə ki, Asiya Atalayı 25 yaşlı Ümit K.-nin öldürdüyü müəyyən edilib.
 
E.Y.-nin ifadəsində bunları deyib:” "Asiyə ilə yolda gedirdik. Bu sırada Ümit gəldi. Onun silahı var idi. Asiya ilə danışmaq istəyirdi. Onlar yolda getməyə başladılar. Bu vaxt Ümit K. silahı Asiyanın çantasına qoydu. Mən çıxıb evə getdim. Hadisəni sonradan eşitdim. Hadisə baş verən zaman orada olmamışam”.
 
Hadisə şahidi Sibel Hastel qətllə bağlı bunları deyib: "Boğulma səsləri gəldi. Sonra silah səsi eşitdim. Əvvəlcə düşündüm ki, bu, oyuncaq silahdır, deyəsən onu qorxutmağa çalışır. Sonra qız yerə yıxıldı. O, həmin an güllələnib. Yerə yıxılandan sonra qızın əlində qan gördüm”.
 
Hadisədən sonra qaçan şübhəlinin oğurluq, soyğunçuluq, narkotik alveri və qəsdən yaralama ilə bağlı 16 ittihamı olduğu öyrənilib.
 
Polis şübhəlinin axtarışına başlayıb. 19 yaşlı gənc qız isə dünyasını dəyişib.
 
Asiye Atalayın cəsədi Ədliyyə Tibb Qurumuna aparılıb. Hadisədən sonra qaçan şəxs hələ də axtarılır.
 
Asiye Atalayın sosial şəbəkədə "bəlkə başqa bir həyatda" yazısı da diqqət çəkib.
 
Onu da qeyd edək ki, Asiye Atalay İstanbulun Esenler küçəsində yaşayırdı.
 
Ayşən
 


OXŞAR XƏBƏRLƏR