19 yaşlı Aliyədən xəbər ala bilməyən dostları evində onu yaşadığı mənzildə ölü halda tapıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Denizli bölgəsində baş verib.
Mənzildə kirayədə qalan 19 yaşlı Aliye Hakandan xəbər ala bilməyən dostları vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Dostlarının çağırışı üzərinə polis qruplarının müşayiəti ilə mənzilə daxil olan gənc qızı yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
Hadisə yerinə gələn sağlamlıq qruplarının müayinəsindən sonra Aliye Hakanın bir müddət əvvəl öldüyü müəyyən edilib. Gənc qızın cəsədi meyitxanaya aparılıb. Gənc qızın şübhəli ölümü ilə əlaqədar Dənizli Təhlükəsizlik Müdirliyi Cinayət Büro Komandirliyi qrupları tərəfindən geniş diametrli araşdırma başladılıb.
Oksana