Çatışmazlıq

KÖŞƏ
18:13 10.01.2011
2932

Ətrafındakı insanları düşdükləri ruhi sıxıntıdan, pessimist əhvali-ruhiyyədən, nə bilim depressiyadan o çıxarar, həyata bağlayar, yaşam stimulu verərdi onlara. Məsələ burasında idi ki, yazığın heç düz əməlli təhsili də yox idi, amma danışmağa başlayanda camaat ağızları açıq dinləyirdilər onu. İnsanları ələ almağı, dərdlərinə şərik çıxmağı, hər kəsə uğurlu məsləhət verməyi, hamıyla öz dilində danışmağı çox asanlıqla bacarırdı. Elə bil psixoloq idi zalımın qızı. Zarafatsız, ona asanlıqla “kəndin psixoloqu” deyə bilərik.

Evləndiyi gündən bu günə kimi elə bilirdi ki, Tanrı ona hər şey verib. Düzdü, atası o hələ uşaq olanda hardasa itib-batmışdı. Anası da o bu evə gəlin gələndən bir ay sonra dünyasını dəyişmişdi. Amma o sevdiyi insanla evlənmişdi, ən azından, buna görə dünyanın xoşbəxti idi. Doğrudur, onun dünyası heç bir zaman ondan kənara bir addım belə ata bilmədiyi Çınqıllı kəndi ilə məhdudlaşmışdı, amma nə olsun, o ki xəyallarında çox sərhədlər aşmışdı, bütün dünyanı dolanmışdı.

Günü toyuq hinində, inək damında, qoyun tövləsində, bir də kiçik daxmalarında yır-yığış etməklə keçirdi, amma fikirləri toyuğun yumurtası, inəyin südü, qoyunun yunu və qab-qacağın çirki ilə məhdudlaşmırdı. O bunların fövqündə dururdu. Ətrafında hamı onun işinin ağırlığına baxmayaraq, bunların öhdəsindən çox asanlıqla, sevərək gəlməsinə həsədlə baxırdılar. Sınıq-sökük birmərtəbəli daxmasını elə həvəslə silib-süpürürdü ki! Həyətin dörd bir yanını gül-çiçəklə gülüstana çevirmişdi. Bir sözlə, ondakı bu həyatsevərlik hamını mat qoymuşdu. O, həyatı çox sevirdi. Bir ömür boyu onun dadını çıxarmağını qarşısına məqsəd qoymuşdu sanki.

Ərini qəlbinin bütün varlığı ilə sevirdi bu günə qədər. Qadın olaraq hər bir şeyi etmişdi onun üçün. Amma onun bütün bunlara layiq olmadığını dünən anlamışdı, nəhayət. İndiyə qədər onun üçün nələr etməmişdi?! Neçə-neçə yaralarını bağlamışdı, kasıblığı, səfaləti zərif çiyinlərində ürək ağrısı ilə deyil, sevərək daşımışdı sevgisi naminə. “Qadın hər bir kişinin arxası, dayağıdır” deyərlər. Ülkər isə təkcə dayaq olmamışdı ona. Ərinin anası, atası, həkimi, həmdəmi olmuşdu bu neçə illərdə.

Dünən axşam əri evə gəldi... Həmişəki kimi qabağına qaçdı onun, amma heç bir reaksiya görmədi. İçəri girər-girməz üzünü arvadına tutub:

-Mənim paltarlarımı hazırla, tez ol.

-Hara gedirsən gecə vaxtı? Xeyirdi? Pis bir iş olmayıb ki?

-Xeyirdi, amma sənin üçün bilmirəm.

-Ürəyim düşdü, Əhməd, desənə, nə olub?

-Nə olubsa, olub. Danışmağın mənası yoxdu.

-Çöldəki heyvanlara nəsə olub? Gələn onlara gəlsin. Fikir eləmə.

-Az danış, dur paltarımı yığ dedim. Vaxtım yoxdu.

Daha heç bir söz deməyib paltarları hər gün bir-bir büküb-bağladığı box

çalardan çıxarmağa başladı. Beynindəki şübhələr bir-birini arxadan zərblə itələyib önə qaçırdı. Bu bir-iki dəqiqə ərzində nələr gəlmədi ağlına, nələri keçirmədi düşüncəsindən. Yalnız bir şey şübhələrinin sırasında deyildi: ərinin xəyanəti. O bunu heç bir zaman edə bilməzdi. Heç ağlına belə gətirməzdi. Onu çox sevirdi axı.

Elə bil ərinin  ürəyinə insaf düşdü. Yəqin, başqasından eşitməsini illərlə əziyyətini çəkən arvadına rəva bilmədi. Amma, deyəsən, özü deməyi də özünə sığışdıra bilmirdi. Nə isə, əlini paltarları səliqə ilə büküb zənbilə yığmaqda olan arvadının çiyninə qoyub:

-Ülkər, mən mən gedirəm.

Səsində sanki geri dönüşü olmayan peşmanlıq duyulurdu. Onu bu vəziyyətdə görməyə dözə bilmədi. Əli ilə saçlarını oxşayaraq:

-Hara gedirsən, ay Əhməd?

-Aydının ba-baldızı Gülərin evinə...

Elə bil başına qaynar su tökdülər, özü də bu bir qazanlıq su deyildi, sanki dünyada nə qədər nəhr vardısa, hamısının suyu pıqhapıq qaynayaraq onun başından bədəninə axdı. Qaynar sular soyuq bədənində buza döndü. Şaxta vurmuş insan kimi donub yerində qalmışdı, dili də tutulmuşdu elə bil. Qəfildən qeyri-ixtiyari olaraq bağırdı:

-Pozğun Gülərin?

Bayaqdan gözlərini yerə dikən əri bu sözü eşidər-eşitməz balası əlindən alınan canavar kimi hücuma keçdi. Səsinin ən gur tembri ilə bağırdı:

-Yum ağzını, kəs səsini. Pozğun sənsən.

Bu sözdən sonra deməyə, yəqin ki, heç bir sözü qalmadı. Əri nə isə danışırdı hələ də. Deyəsən, o qadını suya çəkirdi, amma hansı suya salırdısa, günahından batırdı orda. İndi bunların heç bir fərqi yox idi onun üçün. Əri arxasına baxmadan çıxıb getdi.

Gecəni səhərə qədər düşündü, düşündü... Maraqlısı odur ki, gözündən bir damla da yaş düşmədi. Sabah isə indi idi. Yeni bir sabah, amma onsuz...Gec-tez bu ocağa dönəcəkdi o da Gülərin yanında qonaq olan kəndin əksər kişiləri kimi... Amma onu düşündürən bu deyildi. O yalnız bu suala cavab axtarırdı: “Ərinə nəyi verə bilməmişdi axı?”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya