Çingiz Abdullayev: "Yazıçılar qaldı bir qıraqda bunlar qalib gəldi" (EKSKLÜZİV)

MARAQLI
21:04 04.06.2011
1981

Onlar arasında  Rəşad Məcid və millət vəkili Rəbiyyət Aslanova ilə yanaşı dünya şöhrətli yazıçı Çingiz Abdullayev də olub. Yazıçı Çingiz Abdullayev münsiflərdən ayrılmasının səbəbləri ilə bağlı AZXEBER.COM portalına eksklüziv müsahibə verib.

- Pərviz Cəbrayılın "Yad dildə" romanının Milli Kitab Mükafatına layiq görülməsi, münsiflər arasında narazılıqlara səbəb oldu və siz də münsiflərin sırasından ayrıldınız. Buna səbəb nə idi?

- Bunun ən böyük səbəbi seçimin düzgün edilməməsi idi. Çünki, bir sıra münsiflər bu əsərə 10, digərlərinə isə 2-3 bal verdilər. Belə bir şəraitdə MKM-in obyektivliyindən  söhbət belə gedə bilməz. 

- Gələn il MKM-nın münsiflər heyətində çıxış edəcəksinizmi?

- Xeyr, gələn il mən münsif kimi çıxış etməyəcəm. Mənim üçün MKM bitdi. 

- Sirr deyilsə, sizin MKM-da əsas favoritləriniz kimlər idi və kimə səs vermişdiniz?

- Mən Natiq Rəsulzadəyə, Paşa Qəlbinura, Azər Abdullaya və digərlərinə səs vermişdim. Onları əsas favoritim kimi görürdüm. Sadəcə digər münsiflər düzgün etmədilər. Onlar birləşib bir nəfəri qalib etdilər. Biz isə bu cür obyektivliyə şübhə ilə yanaşırıq və buna görə də münsiflərin sırasından ayrıldıq. Yazıçılar qaldı bir qıraqda bunlar qalib gəldi. Çünki digər münsiflər yazıçılara 1-2, bunlara isə 10 verdi. Onlar düz etmədilər. Mənim üçün MKM yoxdur artıq. 


OXŞAR XƏBƏRLƏR