Çox gəzən, çox yaşayar - ARAŞDIRMA

MARAQLI
13:08 12.01.2011
1951

Pitsburq Universitetinin tədqiqatçılarının fikrincə, sürətli gəzmək uzunömürlülüyə meylliyin göstəricisidir. Onlar bu nəticəyə aparılan 9 eksperimentin təhlilindən sonra gəliblər. Bu eksperimentlər 34 min təqaüdçü üzərində müşahidələr aparılıb.

Araşdırmada iştirak edən və orta sürətlə gəzən insanların sürəti saniyədə 0,9 m olub. Daha sürətlə gəzən yaşlılar asta-asta yeriyən həmyaşıdlarından daha uzun yaşayıblar.

Tədqiqata rəhbərlik edən professor Stefani Studenskinin fikrincə, ömrü sadə üsulla da, uzatmaq olar. Əgər yaşlı insanlar sürətli tempdə gündəlik gəzintilər etsələr daha uzun yaşaya bilərlər. Belə ki, daha sürətlə gəzmək tənəffüs, ürək-damar, sinir və əzələ sisteminin daha yaxşı işləməsinin, asta gəziş isə problemlərin göstəricisidir. Əgər yaşlılar saniyədə 0,6 m-dən az sürətlə hərəkət edirsə artıq həyəcan təbili çalmağın vaxtı gəlib.

Vüqar Abdullayev

 

OXŞAR XƏBƏRLƏR