İkinci Dünya Müharibəsində birbirindən ayrılan iki bacı 78 ildən sonra qovuşub.
AZXEBER.COM "HaberGlobal"a istinadən xəbər verir ki, Stalinqrad müharibəsi zamanı təxliyyə olunarkən bacılar ayrı düşüblər.
Fərqli bölgələrə gedən bacılar 78 ildən sonra rus polislərinin də köməyi ilə bir araya gəliblər.
Bacıların qovuşma anı isə anbaan kameralara yansıyıb.
Bu gün 91 yaşı olan Rosalina 93 yaşlı bacısı Julia tapmaq üçün elan verib.
Julianın nəvəsi elanı görərkən nənəsənin Dünya Müharibəsində itirdiyi bacısının olduğunu düşünərək elana cavab verib.
Julianın nəvəsi mediaya acıqlamasında nənənsinin hər zaman bacısını axtardığını deyib: "Nənəm hər zaman bacısını tapmaq üçün əlindən gələni edirdi. Amma yalnış yerlərdə axtarırdı.”
Araşdırmalardan sonra Julia və Rosalinanın Dünya müharibəsində birbirindən itən bacılar olduğu sübut edildi. Görüş Rosalinanın evində baş tutub. Ailələrin də olduğu görüşdə duyğusal anlar yaşanıb. Göz yaşları ilə birbirinə qovuşan bacısıların həmin anları kameralara yansıyıb.
Mələk Cabbar