2 erməni hakim həbs olundu

DÜNYA
13:30 11.08.2013
1482
Avropa Liqası çərçivəsində keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə ömürlük diskvalifikasiya olunmuş iki erməni hakim barəsində 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq hökm ötən gün İrəvanın Nork Maraş inzibati rayon məhkəməsi tərəfindən Ermənistan Polisinin Baş İstintaq İdarəsinin iddiası əsasında çıxarılıb.Məhkəmə iclası qapalı olub.Məhkəmə iclasından sonra Andranik Arsesyan və Ovanes Avakyan Ədliyyə Nazirliyinin “Nubaraşen” həbsxanasına etap olunub.Xatırladaq ki, avqustun 6-da Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Avropa Liqasında keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə iki hakimin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul edib.Söhbət Avropa Liqasının I kvalifikasiya raundunda Finlandiyanın “İnter” və Farer adalarının “Vikinqur” komandaları arasında iyulun 11-də keçirilmiş cavab oyununa hakimlik etmiş baş hakim Andranik Arsenyan və onun köməkçisi Oqanes Avaqyandan gedir.Qeyd edək ki, totalizatorlarda “İnter” - “Vikinqur” matçına qoyulan həddindən artıq yüksək pul qoyuluşları UEFA nümayəndələrinin diqqətindən yan keçməyib. Belə ki, oyunun nəticəsinə hətta 300 min avro məbləğində pul qoyuluşları olduğu bildirilir. Sövdələşmənin iştirakçısı olan erməni hakimlər “lazımi” nəticəni təmin etməyi öz üzərilərinə götürüblərmiş. Bu səbəbdən də, onlar matç ərzində bir neçə dəfə əsassız penalti təyin ediblər.Ekspert Komitəsi və Ermənistan Futbol Federasiyasının rəhbərliyi hadisə ilə bağlı hərtərəfli araşdırma aparıb. Qeyd edək ki, Arsenyan və Avaqyan təqsirli olduqlarını və sövdələşmədə iştirak etdiklərini etiraf ediblər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura