Türkiyənin Antalya şəhərində 2 gün əvvəl həkimlərin müalicəsini rədd edən Yaşar Bahar (ş.a) evində ölü tapılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə saat 10:00 radələrində Muratpaşa rayonu Doğuyaka məhəlləsi Termossos küçəsində boş torpaq sahəsində 2 mərtəbəli atılmış evdə baş verib.
Küçədə yaşayan Yaşar Bahardan xəbər ala bilməyən dostları tərk edilmiş evə gedib və onu yerdə uzanmış vəziyyətdə görüblər.
Bahardan heç bir reaksiya ala bilməyən dostları vəziyyəti Təcili Tibbi yardım Mərkəzinə bildiriblər.
Xəbər üzərinə hadisə yerinə ilkin tibbi yardım və polis qrupları sövq edilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Oksana