Çinin ən varlı iş adamlarından biri olan "Alibaba Group"un qurucusu Cek Ma iki il əvvəl hökumət rəsmiləri ilə mübahisədən sonra yoxa çıxıb.
AZXEBER.COM xəbər verir ki, "Financial Times” milyarderin yeri barədə bilavasitə məlumatı olan insanlara istinadən onun harada olduğu haqda məlumat yayıb.
Bildirilib ki, Ma Tokioda təxminən altı ay yaşasa da, şəhərdə çox diqqət çəkməməyə çalışıb və yalnız üzvlərin girə bildiyi bir neçə özəl klubda olub.
Xəbərdə həmçinin qeyd olunub ki, Ma Yaponiyada ailəsi ilə vaxt keçirib, kənd isti bulaqlarına və xizək kurortlarına baş çəkib. Lakin iş adamının mütəmadi olaraq ABŞ və İsrailə səfərlər etdiyi bildirilib.
Aydın