59 yaşlı Stiven Slevin bütün bu əzablara görə ABŞ tarixində ən böyük kompensasiyanı 15.5 milyon dollar alacaq. İlk altı milyonu Slevin artıq bu həftə almalıdır.
Vəkil Mett Koul deyib: “Onun psixi sağlamlığı pozulub. Artıq heç bir pul onu geri qaytara bilməz. Amma yenə də bu pulla onun hansısa şansı ola bilər”.
Belə ki, Slevini 2005-ci ildə sərxoş halda maşın sürdüyü üçün həbs ediblər. O hakim görməyib, məhkəmə keçirilməyib. Onu guya intihara meylli olduğu üçün təkadamlıq kameraya salıblar.
Hal-hazırda Slevinin vəziyyəti ağırdır. Psixoloji travmadan başqa onda ciyər xərçəngi də tapılıb.//publika