2 institut üçün direktor axtarılır

2 institut üçün direktor axtarılır
SOSİAL
21:54 26.10.2017
952
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəssisələrində direktor vəzifəsinə seçkilərin keçirilməsi üçün sənəd qəbuluna başlanılıb.
 
Akademiyadan  verilən məlumata görə, AMEA Rəyasət Heyəti Biologiya və Tibb Elmləri Bölməsi üzrə Botanika İnstitutu, Dendrologiya İnstitutu üzrə direktor seçkiləri keçiriləcək.
 
AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.
 
Namizədlər sənədlərini AMEA-nın Biologiya və Tibb Elmləri Böl­məsinə 1 ay müddətində təqdim etməlidirlər.
OXŞAR XƏBƏRLƏR