2 maşının vurduğu piyada xəstəxanada öldü

2 maşının vurduğu piyada xəstəxanada öldü
SOSİAL
10:51 04.11.2018
5983
Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində iki avtomobil tərəfindən vurulan piyada dünyasını dəyişib.

AZXEBER.COM report-a istinadən bildirir ki, 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlu səhər saatlarında müalicə aldığı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.

Qeyd edək ki, "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobil yol kənarı ilə gedən 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlunu vurub.


 
Eyni anda piyada zərbənin gücündən arxadan gələn "Nissan" markalı avtombobilin altında düşüb. Nəticədə 49 yaşlı piyada qapalı kəllə-beyin travması və hər iki baldır sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
OXŞAR XƏBƏRLƏR