Rusiyanın Yujnouralsk şəhərindən olan iki 15 yaşlı məktəbli qız, 28 yaşlı gənc kişini xüsusi amansızlıqla öldürüblər.
Qonşuların dediyinə görə, 28 yaşlı Pavel çox sakit təbiətli və özünə qapanmış bir adam olub. Bütün vaxtını kompyuterin qabağında keçirən Pavel, küçədə bayırda da çox az-az görsənirmiş.
Bu gün səhər mənzillərindən çıxan qonşular binanın pilləkəninin və Pavelin mənzilinin qarşısının polislə dolu olduğunu görüblər. Təhqiqatçıların hadisə yerini müayinə etməsindən sonra bəlli olub ki, Pavel vəhşicəsinə döyülərək öldürülüb.
Cinayətkarları isə axtarmaq lazım olmayıb. Valideyinləri tərəfindən polisə təhvil verilən 15 yaşlı məktəbli qızın etirafları hər kəsi dəhşətə salıb (səhər sərxoşluqdan ayılan qızlardan biri gecə törətdikləri cinayəti xatırlayaraq bunu valideyinlərinə danışıb).
Pavellə internetdə tanış olan iki 15 yaşlı rəfiqə onun mənzilinə gəliblər. Spirtli içkilərin təsirindən reallıqla müvəqqəti vidalaşan yeniyetmə qızlar, bilinmıyən səbəblərdən zavallı Paveli əzişdirməyə başlayıblar. Sərxoş Paveli butulka ilə huşunu itirənəcən döyüb, daha sonra onun başı, sinəsi və qarnı üzərində tullanaraq vəhşicəsinə öldürüblər.
Paveli nəyə görə öldürdkləri sualına isə qızlar: "Sərxoş idik, heç nə xatırlamırıq", deyə cavab veriblər.