2 min insan torpaq altında qaldı

2 min insan torpaq altında qaldı
DÜNYA
11:21 27.05.2024
188
Papua Yeni Qvineyada 2 min insan tarpaq sürüşməsinin qurbanı olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sakit okeanın cənubunda yerləşən Papua Yeni Qvineyada hökumət torpaq sürüşməsi altında qalanların sayının 2 mini keçdiyini bildirib.
 
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) dünən verdiyi açıqlamada təbii fəlakətdə 150 ​​evin və 670 adamın yerin altında qaldığı təxmin edildiyi bildirilib.
 
Qeyd edək ki, torpaq sürüşməsi mayın 24-də yerli vaxtla saat 3:00 radələrində baş verib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR