Papua Yeni Qvineyada 2 min insan tarpaq sürüşməsinin qurbanı olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sakit okeanın cənubunda yerləşən Papua Yeni Qvineyada hökumət torpaq sürüşməsi altında qalanların sayının 2 mini keçdiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) dünən verdiyi açıqlamada təbii fəlakətdə 150 evin və 670 adamın yerin altında qaldığı təxmin edildiyi bildirilib.
Qeyd edək ki, torpaq sürüşməsi mayın 24-də yerli vaxtla saat 3:00 radələrində baş verib.
Gülay