2 nəfərin öldüyü hotelin müdiri həbs olundu - RƏSMİ

2 nəfərin öldüyü hotelin müdiri həbs olundu - RƏSMİ
SOSİAL
10:36 12.07.2017
911

 

İsmayıllıda hotel müdiri həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən "Green House” istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.

İstintaq zamanı istirahət mərkəzində otel müdiri vəzifəsində işləyən Elxan Həsənovun işə vicdansız münasibəti ilə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək "Elektrik enerjisindən istifadə qaydaları”nın, "İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın və "Elektrik qurğularının quraşdırma qaydaları”nın tələblərini kobud surətdə pozması nəticəsində elektrik açarının izolyasiyasız hisəssindən hovuzda suyun içərisində yerləşən filtr qurğusunun metal qutusu vasitəilə suya keçən elektrik cərəyanının təsirindən iki şəxsin ölümünə və iki şəxsin sağlamlığına xəsarətlər yetirilməsinə səbəb olmaqla səhlənkarlıq etməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.

Elxan Həsənovun əməli Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsinə tövsif edilərək ona qeyd edilən maddə ilə ittiham irəli sürülmüş və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'