2 polisin öldüyü qəza ilə bağlı DİN-dən -Açıqlama

2 polisin öldüyü qəza ilə bağlı DİN-dən -Açıqlama
SOSİAL
13:57 11.11.2017
1334

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi "Fiat Doblo" markalı avtomobili yolun kənarındakı divara vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyevxəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti orta-ağırdır.

OXŞAR XƏBƏRLƏR