2 uşaq qar uçqunun altında qaldı

2 uşaq qar uçqunun altında qaldı
SOSİAL
12:06 19.02.2017
836

 

Qırğızıstanın Oş vilayətinin cənubunda, Çon-Alay rayonunda qar uçqunu olub.

Qar uçqunu Jaş-Tilek qəsəbəsində bir neçə birmərtəbəli yaşayış evlərinin qar altında qalmasına səbəb olub.

Xilasetmə dəstələri hadisə yerinə gələnə qədər yerli sakinlər qar uçqunu altında qalan 7 nəfərdən 5 nəfəri xilas edib. Qar uçqunu altında qalan 2 uşağın həyatını xilas etmək isə mümkün olmayıb. 

///APA

 

OXŞAR XƏBƏRLƏR