2 yaşlı uşağın əməliyyat zamanı ölməsi ilə bağlı cinayət işi başlandı - “Oksigen” klinikasının başı dərddə

SAĞLAMLIQ
15:23 28.10.2016
2514
Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun "Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
 
Bakı şəhər prokurorluğundan  verilən məlumata görə, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR