Sumqayıtda 2 yaşlı uşağı qonşuya verən valideynlər tapıldı, görün nə dedilər

Sumqayıtda 2 yaşlı uşağı qonşuya verən valideynlər tapıldı, görün nə dedilər
SOSİAL
15:16 06.10.2021
1972
Sumqayıt şəhərində müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb.

Bu barədə AZXEBER.COM-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, azyaşlının atası övladına sahib çıxmaq üçün onun yerləşdirildiyi sığınacağa müraciət edib və bundan sonra o, Dövlət Komitəsinə yönləndirilib.

Dövlət Komitəsinə dəvət olunan valideynin izahatı alınıb və onunla psixoloji söhbət aparılıb. O, övladına sahib çıxmaq niyyətində olduğunu bildirib və bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib.

Dövlət Komitəsinin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən atanın ailə vəziyyəti ilə bağlı araşdırmaların aparılmasına başlanılıb.

Araşdırmaların nəticəsinə uyğun olaraq azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək.

"Hətta azyaşlı atasına təhvil verilsə də, ailə Dövlət Komitəsinin nəzarətində olacaq. Ümid edirik ki, gələcəkdə bu kimi hallar baş verməyəcək”.

Xatırladaq ki, bir neçə gün öncə 2 yaşlı uşağın valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verildiyi barədə məlumatlar yayılıb. Qeyd olunub ki, sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib. Məsələ ilə bağlı Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparırdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 10 gün müddətinə tam məhdudlaşdırılacaq
17:40 18.08.2025
Bakının bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 10 gün müddətinə tam məhdudlaşdırılacaq
Qəzza soyqırımında ölənlərin sayı 62 mini KEÇDİ
17:38 18.08.2025
Qəzza soyqırımında ölənlərin sayı 62 mini KEÇDİ
Prokurorluq psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırma aparır
17:33 18.08.2025
Prokurorluq psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırma aparır
Madonna 67-ci ad günü tortunu nümayiş etdirdi - Pərəstişkarları dəhşətə gəldi
17:32 18.08.2025
Madonna 67-ci ad günü tortunu nümayiş etdirdi - Pərəstişkarları dəhşətə gəldi
Bennu Yıldırımlar "Kuruluş Osman"ın "Malhun Hatun"u oldu
17:23 18.08.2025
Bennu Yıldırımlar "Kuruluş Osman"ın "Malhun Hatun"u oldu
"Recep İvedik 8"də Osimhen sürprizi
17:13 18.08.2025
"Recep İvedik 8"də Osimhen sürprizi
Rezidenturaya qəbulun nəticələri açıqlandı
17:08 18.08.2025
Rezidenturaya qəbulun nəticələri açıqlandı
Prezident Slovakiyanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
16:58 18.08.2025
Prezident Slovakiyanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
Ronen Krausz: İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır
16:54 18.08.2025
Ronen Krausz: İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır
İlham Əliyev İsrailin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
16:52 18.08.2025
İlham Əliyev İsrailin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib
16:48 18.08.2025
Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib
Tanınmış saat şirkəti irqçilik etdi - Boykot olundu
16:48 18.08.2025
Tanınmış saat şirkəti irqçilik etdi - Boykot olundu
Tarixdə bu gün - 18 avqust nə günüdür?
16:46 18.08.2025
Tarixdə bu gün - 18 avqust nə günüdür?
ABŞ-nin görüş öncəsi geyim narahatlığı: Zelenskidən nə geyinəcəyini soruşdular
16:33 18.08.2025
ABŞ-nin görüş öncəsi geyim narahatlığı: Zelenskidən nə geyinəcəyini soruşdular
Polis Göyçayda əməliyyat keçirdi – 12 kiloqram narkotik aşkarlandı
16:24 18.08.2025
Polis Göyçayda əməliyyat keçirdi – 12 kiloqram narkotik aşkarlandı
Deputat SOCAR-ın obyektinə edilən hücumdan danışdı: "Təsadüf sayıla bilməz"
16:24 18.08.2025
Deputat SOCAR-ın obyektinə edilən hücumdan danışdı: "Təsadüf sayıla bilməz"