Fransada 2 yaşlı uşaq anasını maşınla vuraraq öldürüb.
AZXEBER.COM- un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, körpənin anası maşını təmizləyərkən 2 yaşlı uşaq sükanda əyləşib və avtomobilin hərəkət qutusunu işə salıb.
Gözlənilmədən hərəkət edən avtomobil qadını qarşısındakı avtomobilə tərəf sıxıb. Nəticədə ağır xəsarətlər alan 26 yaşlı ana təəcili xəstəxanaya qaldırılıb.
Həkimlərin səyinə baxmayaraq, gənc ananın həyatını xilas etmək mümkün olmayıb.