2 yaşlı uşaq anasını öldürdü - avtomobillə

2 yaşlı uşaq anasını öldürdü - avtomobillə
DÜNYA
10:37 17.07.2014
1949

Fransada 2 yaşlı uşaq anasını maşınla vuraraq öldürüb.

AZXEBER.COM- un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, körpənin anası maşını  təmizləyərkən 2 yaşlı uşaq sükanda əyləşib və avtomobilin hərəkət qutusunu işə salıb.

Gözlənilmədən hərəkət edən avtomobil qadını qarşısındakı avtomobilə tərəf sıxıb. Nəticədə ağır xəsarətlər alan 26 yaşlı ana təəcili xəstəxanaya qaldırılıb.

Həkimlərin səyinə baxmayaraq, gənc ananın həyatını xilas etmək mümkün olmayıb. 

OXŞAR XƏBƏRLƏR