2 yaşlı uşaq bağ evində çimərkən boğulub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Mersin bölgəsində baş verib.
Belə ki, uşağın anası yaylıq ərazidə qalan Büşra S, 2 yaşlı oğlu Ege S-nin dənizə girdiyini görüb.
Anasının qışqırığından hadisə yerinə qaçan vətəndaşların köməkliyi ilə sudan çıxarılan uşaq avtomobillə xəstəxanaya aparılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq Ege S-i xilas etmək mümkün olmayıb.
Uşağın meyiti yarılma üçün morqa aparılıb.
Oksana