20 azərbaycanlı mütəxəssis çarter reyslə ölkəyə gətirildi

20 azərbaycanlı mütəxəssis çarter reyslə ölkəyə gətirildi
SOSİAL
17:53 15.04.2020
1230

"Ölkəmizdə virusun hansı genetik variantda olması araşdırılır”. 

AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

 

O bildirib ki, bunu hər ölkə edə bilmir: "Bunun üçün xüsusi avadanlıqlar və baza lazımdır. Prezident İlham Əliyevin tapşırığı ilə biz bu avadanlıqlarla təmin edilmişik. Xaricdə təhsil almış peşəkar mütəxəssislər hazırda virusun genetikasını müəyyənləşdirmək üçün araşdırmalar aparırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə dünən xaricdə təhsil alan 20 azərbaycanlı mütəxəssis çarter reyslə ölkəmizə gətirilib. Azərbaycan ən çox test edən ölkələr sırasındadır. Koronavirusa qarşı mübarizə zamanı ölkə rəhbərliyi tərəfindən həkimlərə də xüsusi şərait yaradıldı. Həkimlərin də bu imkanlardan istifadə etməsi və səyi nəticəsində sağalanların sayı çox oldu”.

OXŞAR XƏBƏRLƏR