“20 Yanvar hadisələrinə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib” – Elşad İskəndərov

“20 Yanvar hadisələrinə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib” – Elşad İskəndərov
SİYASƏT
17:36 17.01.2014
1106

Azərbaycanın uğurlarının başlanğıcı 20 Yanvar şəhidlik zirvəsindən gəlir.

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilən “20 yanvar: milli-mənəvi dəyərlərin zəfəri” adlı anım tədbiri keçirilib.

AZXEBER.COM-un məlumatına görə, dini konfessiya rəhbərləri, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan komitə sədri Elşad İskəndərovbildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri müstəqilliyimizə doğru aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsidir.Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladan komitə sədri informasiya blokadasının olduğu bir zamanda bunu misilsiz bir addım adlandırıb:

“Həmin vaxt xalq sanki yetim qalmışdı. Hamı, hətta SSRİ-də baş verənləri tez bir şəkildə işıqlandıran xarici KİV-lər də susurdu. Məhz belə bir vaxtda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənəvi ağsaqqallıq missiyasını yerinə yetirərək Moskvada Azərbaycanın haqq səsini ucaltdı.

Bu digər tərəfdən informasiya blokadasının yarılması idi. Çünki ümummilli liderin nüfuzu sayəsində müxtəlif SSRİ və müxtəlif ölkələrin KİV nümayəndələri bu bəyanatı işıqlandırdılar”.

E.İskəndərov zaman-zaman bu cür faciələrlə üz-üzə qalan Azərbaycanın bütün sınaqlardan uğurla çıxdığını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada öz sözünün deyən ölkələr siyahısına daxil olduğunu vurğulayıb:

“Azərbaycan hazırda əvvəlki Azərbaycan deyil. Dünyada öz sözünü demiş, qüdrətli və daim inkişafda olan bir ölkəyə çevrilib. Əlbəttə ki, bu uğurun başlanğıcı 20 Yanvar şəhidlik zirvəsindən gəlir. Elə bir zirvə ki, xalqımızın mübarizə əzmini özünə qaytardı. Xalqımız öz mərdliyi, mübarizliyi ilə gələcək rifahının başlanğıcını qurdu”.

20 Yanvar hadisələrinin şahidi, eyni zamanda həmin faciə nəticəsində yaralanmış Elçin Əsgərov çıxış edərək bildirib ki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. E.Əsgərov 20 yanvar günü baş verənlərlə bağlı acı gərçəkləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete və digərləri insanlığa qarşı həyata keçirilən bu terrorun qəbuledilməz olduğunu vurğulayaraq bu günə qədər cinayətkarların cəzasız qalmasından təəssüfləndiklərini ifadə edib, milli-dini azlıqların hər zaman xalqımızla birgə olduğunu vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi