20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev BAKU.TV-də yayımlanan "O kimdir?" layihəsinə qonaq olub.
AZXEBER.COM xəbər verir ki, Elxan Allahverdiyev müsahibəsi zamanı 20 Yanvar hadisələrindən danışıb. O, Şəhidlər xiyabanına gətirilən ilk şəhidlərin İlhamla Fərizə olduğunu vurğulayıb:
"İlham şəhidlər xiyabanına aparıldı. Fərizə də canına qəsd etdi. Mən bilmədim neynəyim? Şəhidlər xiyabanına gətirilən şəhidlər ilk dəfə onlar oldu. Adətə görə qadın kişinin sağında basdırılmalıdır. Fərizənin dəfni ilə bu adəti pozdular. Çünki qardaşı dedi ki, istəmirəm, bacım iki kişinin arasında dəfn olunsun. Qoy elə İlhamın yanında olsun. Bunun düzgün olduğunu deyəndən sonra elə də etdik".