20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır
SOSİAL
23:38 22.06.2026
309
Lənkəranda velosipedçini avtomobil vurub.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib.
Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğlu Quluzadəni velosipedlə hərəkətdə olarkən minik avtomobili vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Quluzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onun vəziyyəti orta ağır qiymətləndirilir.